ərəb. maxmar sözü üzü qısa xovlu parlaq ipək parçanın, həmçinin məxmərdən olan, yaxud üzünə məxmər çəkilmiş, məxmərdən tikilmiş məmulatın adındandır. Məxmər sözünün yumşaq, ipək kimi məcazi mənaları da məlumdur. Məxmər qadın adı da sözün məcazi mənası ilə əlaqədar olub ipək, yumşaq, mülayim xasiyyətli mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti