Reklam
Reklam

Məsəllər, deyimlər

MƏZAR SÜKUTU

►Həddindən artıq səssizliyin hökm sürdüyü, cınqırtı çıxmayan, hənirti gəlməyən yer haqqında və ümumiyyətlə, susqunluğa işarə ilə işlədilən ifadə.

Mənbələrdə bu ifadәnin alman filosof-dramaturqu Fridrix Şillerә (1759–1805) mәxsus olduğu göstərilir.

Məşhur dramaturq «Don Karlos» әsәrində epizodlardan birində yaranan qəribə və dərin səssizliyi «məzar sükutu» ifadəsi ilə səciyyələndirmişdir. Həmin əsərdən sonra bu ifadә dünyanın bir sıra dillәrinә yayılmışdır. Azərbaycan yazıçılarının əsərlərində və publisistik yazılarda da bu ifadəyə rast gəlinir.

El arasında və bəzən bədii əsərlərdə bu ifadə «qәbir (qәbiristanlıq) sükutu» şəklində də işlədilir.

Məsəllər, deyimlər