Hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü.
M-M.M. müəyyən əraziyə deyil, konkret xalqın nümayəndələrinə (onların hansı ərazidə yaşamalarından asılı olmayaraq) şamil edilir, adətən, azsaylı və ya dağınıq şəkildə məskunlaşmış etnik qrupların maraqlarını qorumaq (milli məktəblərin, kitabxanaların, nəşrlərin, teatrların fəaliyyətinə şərait yaratmaq və s.) məqsədilə tətbiq olunur. Bu növ muxtariyyətin prinsipləri ilk dəfə XX əsrin əvvəlində K.Renner, O.Bauer və Avstriya sosial-demokratlarının digər liderləri tərəfindən irəli sürülüb.
Həmçinin bax:
Tarix terminləri lüğəti