Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mina fars

1. Büllur şüşə.

2. Qızıl və gümüşdən olan bəzək şeylərinin üstünə çəkilən xüsusi təbəqə, incə və parlaq naxış.

3. Məcazi mənada: mina kimi parlaq, gözəl.

Boyu sərv ağacı, gərdəni mina,

Şirin can od tutub istər ki, yana,

Diləfruz dərdi məni salıb bu günə,

Qoy desinlər, Məsim cinni olubdu.

                             (“Məsim və Diləfruz”)

                              *

Yazıq Seyfəlmülükün yox ərzimanı,

Mina qolbağılar açıldı gül-gül.

             (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

Azərbaycan dastanlarının leksikası