Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mina fars

1. Büllur şüşə.

2. Qızıl və gümüşdən olan bəzək şeylərinin üstünə çəkilən xüsusi təbəqə, incə və parlaq naxış.

3. Məcazi mənada: mina kimi parlaq, gözəl. (“Koroğlu” dastanının lüğəti)

Bir mina gərdənli, durna boğazlı,

Bir alma yanaqlı, bir şəhla gözlü,

Tuti danışıqlı, qumru ağızlı,

Şirin dili canım aldı, Koroğlu!

     (“Koroğlunun Ərzurum səfəri”)

*

Heç belə olurmu işlər,

Xəyalun guyimdə qışlar,

Bir əlində məzə dişlər,

Bir əlində mina gəldi.

     (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası