Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MİRVARİ

fars. mirvari (əslində morvarid) sözündəndir. Mənbələrdə sözün yunanlardan farslara, sonra dilimizə keçməsi barədə məlumatlara da rast gəlinir.

Mirvari bəzi molyuskların balıqqulaqlarından çıxarılan ağ, bəzən də çəhrayı, boz, qara rəngli dənələr şəklində qiymətli sədəf maddəsi, bu maddədən hazırlanmış qadın zinət əşyalarının adıdır. Mirvari qadın adı inci, dürr, daş-qaş mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti