Təxminən 4,26 qrama bərabər köhnə çəki vahidi. (“Koroğlu” dastanının lüğəti)
– Bu saat səni yola salacağam. De görüm, nə qədər ət istəyirsən? Bir çətvər ya alti misqal?
Oğlan dedi:
– Bir çətvər nədi? Sənə ağzımda söz deyirəm. Bir batman çək! (“Koroğlunun Qars səfəri”)
*
Eyvaz dedi:
– Bundan bir misqal keçiyə versən buynuzlarını itildib canavarla cəng edər, balığa versən, ticarət üçün yük vurub Həştərxan dənizinə gedər. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası