fars. magu-pati – usta
Ali rütbəli zərdüştilik kahinləri.
M. (yaxud mobədlər) Zərdüşt peyğəmbərin ilk şagirdlərinin nəslindən sayılırlar. Onların bütün zərdüştilik mərasim və ayinlərini keçirmək hüququ olub. Sasanilər dövründə böyük nüfuza malik M. ölkənin siyasi həyatında fəal iştirak ediblər. Onlar hər cür vergi və mükəlləfiyyətlərdən azad olunublar.
Tarix terminləri lüğəti