lat. modulus – nümunə, ölçü
1. Real prosesin, obyektin parametrlərinin qavranılması, asan idarə olunması, yaxud sadəcə bənzədilməsi üçün sadələşdirilmiş təsviri.
M. birbaşa studiyada, səhnədə və ya çəkiliş pavilyonunda quraşdırılır. Televiziya filmlərində onların real olmadığı əksər hallarda bilinmir.
2. Hər hansı janrda nümunəvi yazı materialına, verilişə xas olan xüsusiyyətləri özündə əks etdirən yaradıcılıq məhsulu.
Bu halda M. olaraq göstərilən əsər, bir növ, qəlib, sxem rolunu oynayır.
Jurnalistika terminləri lüğəti