Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

möhrə1

Ağdaş, Biləsuvar, Culfa, Əli Bayramlı, Gəncə, Goranboy, Göyçay, Masallı, Mingəçevir, Kürdəmir, Şamaxı, Şərur, Ucar

1. Palçıq divar (Ağdaş, Biləsuvar, Goranboy, Gəncə).  Möhrə palçıxdan olur (Ucar); Palçığı yetişdir ki, möhrə axmasın (Culfa); Odey, möhrə:n yanında durublar (Şamaxı); Bizim möhrə təzə çəkilib (Ağdaş); Tamam torpaxdan örülmüş barıya möhrə deyirix' (Gəncə).

2. Çəpər (Göyçay, Kürdəmir).  Həyətin yanına möhrə çəkirdük (Göyçay); Bağun dört bir tərəfinnən möhrə çəkirsən ki, heyvan-zad girməsin (Əli Bayramlı).

möhrə2

Ağdaş, İrəvan

Qayka. □ Bir yaxşı möhrə qayır (İrəvan); Möhrəni bu dəmirin altına qoy (Ağdaş).

Azərbaycan dilinin dialektoloji lüğəti