Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

münsərih bəhri

Əruz vəzninin bəhrlərindən biri.

“Mün­sərih” sözü “cəld, çevik, sürətli, axıcı, azad, sərbəst” mə­na­larında işlədilir. Bu bəhrin 2 və bəzən 4 növü olduğu göstərilir. Münsərih bəhrinin təfiləsi belədir: Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün; məsələn:

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Qoysanız öz oğlumu mən salım öz halimə,

Sənətimi öyrədib uydurum əhvalimə,

Dün bu oxutmaq sözün ərz elədim alimə… (M.Ə.Sabir)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti