Ərəb, fars və tacik ədəbiyyatında hər bəndi 11 misradan ibarət olan şeir forması.
M.-də 5, 7, 9 və daha çox bənd olur. Birinci bəndin bütün misraları eyni qafiyəli olur. Sonrakı bəndlərin 10 misrası öz arasında, 11-ci misra isə birinci bəndlə qafiyələnir. XVIII əsr Azərbaycan şairi Məhcur Şirvaninin “Gəl, vəqtidir” rədifli şeiri M. janrındadır.
Ey həbibim, həsrətindən çıxdı can, gəl, vəqtidir,
Ey büti-növrəstə, şuxi-mehriban, gəl, vəqtidir.
Ey müəttər qonçeyi-baği-cəhan, gəl, vəqtidir.
Ey yüzi gül, kakli ənbərfəşan, gəl, vəqtidir.
Ey xoşəlhan, tutiyi-şəkkərzəban, gəl, vəqtidir.
Ey nihali-qaməti sərvi-rəvan, gəl, vəqtidir.
Ey bizimlə həmdəmi-yari-canan, gəl, vəqtidir.
Ey camalı mahtab, əbrukaman, gəl vəqtidir.
Ey kərəmlü xosrovü-ələmkan, gəl, vəqtidir.
Ey gözü cəllad, əli peyvəstə qan, gəl, vəqtidir.
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtidir...
***
Yığdılar bazari-eşqi əhli-sevda, getdilər.
Dərdü-qəm tərkün qılıb, pakü müərra getdilər.
Qaldılar bidərdlilər, həmdərdü həmta, getdilər.
Gördülər dəhrin vəfasın, cümlə hərca getdilər.
Rövnəq arayış olub, bazari-dünya getdilər.
Vamiqi-qərqi-bəla, Fərhadi-şeyda getdilər.
Vərqəvü Gülşa ilə Məcnuni-rüsva getdilər.
Dözməyib ol firqətə Şirnü-Leyla getdilər.
Bir dəxi dövran dönüb Yusif, Züleyxa getdilər.
Qoydular Məhcuru tək, məzlumi-tənha getdilər.
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti