Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

muxtariyyət

1. Tabelikdə olan ərazinin, inzibati ərazi vahidinin (vilayət, ölkə) qanunlarla təsbit olunmuş özünüidarəetmə, dövlət idarəçiliyinə aid məsələləri qismən və ya tam həcmdə müstəqil həll etmək hüququ; məs.: muxtar respublika, muxtar vilayət.

2. Tabelikdə olan müəyyən təsərrüfat subyektlərinin öz iqtisadi fəaliyyətinə dair məsələləri bu və ya digər dərəcədə müstəqil həll etmək hüququ.

İqtisadi M. təsərrüfat subyektlərinə inzibati ərazi, yaxud sahə bölgüsü prinsipi üzrə, həmçinin digər əsaslarla verilə bilər.

Coğrafiya terminləri lüğəti