Reklam
Reklam

Məsəllər, deyimlər

NADAN SƏNİ TƏRİFLƏYİRSƏ...

►Ehtiyatlı, sərvaxt və diqqətli olmağa çağırış məqsədilə işlədilən ifadə.

İfadə böyük yunan filosofu Platonla bağlı bir əhvalatdan qaynaqlanır.

Deyirlər ki, bir gün Platon şəhərin adlı-sanlı adamları ilə bir yerdə oturub söhbət edirmiş. Birisi onun görüşünə gəlib salam verir, yanında əyləşib ordan-burdan söz açdıqdan sonra bu gün gördüyü bir nəfərin onun barəsində danışdığını və təriflədiyini söyləyir. Bu sözü eşitcək filosofun kefi pozulur, başını aşağı salıb fikrə gedir.

Onun əhvalının dəyişdiyini görən kişi narahat olur, nə baş verdiyini, ani dəyişikliyə söylədiyi hansı sözün səbəb olduğunu xəbər alır. Filosof cavab verir ki, nadanın birinin tərifləməsi ona ağır gəlir:

– Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki nadanların təriflədikləri adamlar yalnız nadanlar olar.

Məsəllər, deyimlər