Nəzmlə yazılmış kiçikhәcmli yumoristik әsәr.
Xalq lətifələrinin nəzmə çəkilmiş formasıdır. Daha çox uşaqlar üçün nəzərdə tutulmuş əsərlərdir. Ədəbiyyatımızda daha çox S.Ə.Şirvaninin yaradıcılığında rast gəlinir. Onun, әsasən, әrәb folklorundan vә orta әsr Şәrq әdәbi abidəlәrindәn istifadә yolu ilә yaratdığı N.-lərin bir qismi sonralar Molla Nәsrәddin lәtifәlәri sırasına keçib. Şair belə əsərlərdən ən çox özünün “Rəbiül-ətfal” dərsliyində istifadə edib.
Vardı bir mərdi-sahibi-rövnəq,
Tacir idi və leyk çox əhməq.
Açmış idi füruş üçün dükkan,
Vardı bir cüft onda ənfiyədan –
Ki, haman zərflər tiladən idi,
Nə tila, zərri-pürbəhadən idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti