Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nal1 [nal] isim ərəb

1. Sürüşməkdən və zədələnməkdən qorumaq üçün at, qatır və s. heyvanların dırnaqlarına vurulan müvafiq formada hazırlanmış dəmir lövhəcik.
2. Ayaqqabıların dabanına, bəzən pəncəsinin qabaq hissəsinə vurulan nazik dəmir lövhəcik. □ Çəkmə dabanına nal vurdurmaq.

nal2 [nal] isim

Tirin altına qoyulan ağac. □ ...qızlar daxmanın nallarına ip bağlayıb dartır, qara palçıqdan hörülmüş daşlar tökülür... (Y.V.Çəmənzəminli).

Həmçinin bax:

frazeologizm: gah nala vurur, gah da mıxa frazeologizm: nala-mıxa vurmaq frazeologizm: nalı oda qoymaq frazeologizm: ölmüş eşşəyin nalını sökmək Azərbaycan dilinin izahlı lüğəti