1. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). □ Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir.
2. Sifət kimi: şəriətə görə, məhrəm olmayan. □ ...heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. (S.S.Axundov).
3. Sifət kimi: yad, özgə, kənar. □ ...gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. (“Koroğlu”).