Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

naqabil [na:qa:bil] sifət fars/ərəb

1. Nalayiq, yersiz, münasibətsiz. □ ...naqabil sözümdən üzr istəyirəm. (Mir Cəlal).
2. İsim kimi: nalayiq, ləyaqətsiz; qanmaz adam. □ Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. (S.Ə.Şirvani).
3. İmkansız, mümkün olmayan; çətin, mahal. □ O, naqabil bir işdir.
4. Əxz etməyə, götürməyə qabiliyyəti, istedadı olmayan; qeyri-qabil. □ Tərbiyəyə naqabil.

Azərbaycan dilinin izahlı lüğəti