Reklam
Reklam

Tarix terminləri lüğəti

naqan

XIX əsrin sonunda belçikalı silah ustası L.Naqan (Nagant) tərəfindən hazırlanmış tapança.

Bu silahdan bir sıra ölkələrin ordularında (İsveç, Avstriya-Macarıstan, Polşa, Rusiya və s.) geniş istifadə edilib. Sovet ordusunda isə N. II Dünya müharibəsinin sonuna kimi istifadədə olub. Tapançanın 7,62 mm kalibrli 1895-ci il nümunəsi 100 m-dək məsafədən hədəfi zərərsizləşdirə bilib.

Tarix terminləri lüğəti