Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

natəmiz [na:təmiz] sifət fars/ərəb

1. Təmiz olmayan, çirkli, kirli. □ Natəmiz otaq. Natəmiz yer.
2. Zərf kimi: təmiz olmayan, çirkli, kirli. □ Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. (M.F.Axundzadə).
3. Məcazi mənada: qəlbiqara, qeyri-səmimi, xain ürəkli. □ Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. (M.İbrahimov).
4. Məcazi mənada: məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan. □ Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım... (B.Bayramov).

Azərbaycan dilinin izahlı lüğəti