Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

natiq [na:tik'] isim ərəb

1. Nitq deyən, nitq söyləyən; çıxış edən. □ Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! (A.İldırım).
2. Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti olan. □ Uca kürsülərdən danışanda mən; Həm natiq oluram, həm də dinləyən. (B.Vahabzadə).
3. Arxaizm. Danışan, söyləyən, deyən. □ ...İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti