lat. natura – təbiət
1. Studiyadankənar, quruluş tələb etməyən təbii məkanda çəkiliş; məs.: komandanın mövsümə hazırlığından danışan məşqçinin çıxışının stadionda videolentə yazılması.
2. Bilavasitə hadisə yerində aparılan çəkiliş; məs.: su hövzələrinin çirkləndirilməsinə həsr olunmuş süjetin çirkab suları axıdılan gölün qırağında çəkilişi.
N.Ç.-ndən reportajlarda, sənədli filmlərdə, reklam çarxlarında və s.-də geniş istifadə olunur. Bu, materialın inandırıcı olmasına və təsir qüvvəsinin artırılmasına kömək edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti