Reklam
Reklam

Tarix terminləri lüğəti

naturallaşdırma

ing. naturalization < lat. naturalis – həqiqi

Əcnəbi şəxsin hər hansı bir dövlətin vətəndaşlığına, yaxud təbəəliyinə keçməsi.

N. şəxsin öz xahişi, yaxud razılığı ilə baş tutur və bütün hallarda fərdi xarakter daşıyır. N. qaydalarını hər bir dövlət özü müəyyənləşdirir. Bir qayda olaraq, vətəndaşlıq almaq üçün müəyyən tələblərə (rəsmi dili bilmək, daimi yaşayış yerinin, mənzilin olması və s.) əməl etmək lazım gəlir.

Tarix terminləri lüğəti