Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NAXIŞ

ərəb. naxıç (əslində naqç) sözündədir. Naxış q sözü dilimizdə rənglərin, cizgilərin, kölgələrin birləşdirilməsindən ibarət şəkil, bəzək və s. anlam ifadə edir.

Naxış sözü bəxti, taleyi (naxışı) gətirmək kimi məcazi mənada da işlənir. Naxış qadın adı sözün məcazi mənası ilə əlaqədardır. Azərbaycan antroponimikasında alqış məzmunlu adlardandır. Dünyaya gələn qızlara Naxış adını verən valideynlər, yaxınları onun gələcək taleyinin, naxışının gətirməsi diləyi ilə bu adı qoyurlar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti