Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

nay1

Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir

Məzəli, zarafatcıl. □ O, nay adamdı (Bərdə); Nay yoldaşın yanında adam qojalmaz (Gəncə); Dəli İrvaham çox nay adamdı (Şəmkir).

nay2

Qazax

Uzun <adam>. □ Nay çox uzun adama de:rix'.

nay3

Cəlilabad, Göyçay, Şamaxı

Qarmon. □ Əlləri xınalı nay çalan balam (Şamaxı).

nay4

Cəlilabad, Şamaxı

Qaval.

nay5

Gədəbəy

Key, gec başa düşən. □ Yaf nay adamdı, deməx'nən tüşmöy ha başa.

Azərbaycan dilinin dialektoloji lüğəti