Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

naz [naz] isim fars

1. Özünü bəyəndirmək, istətmək məqsədilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. □ Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? (Q.Zakir).
2. Tam firavanlıq, maddi rifah, səadət; var-dövlət, sərvət; naz-nemət. □ Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. (Ə.Vəliyev).
3. Məcazi mənada: nazənin, nazlı qız. □ Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! (“Koroğlu”).
4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feili ilə). □ Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. (Ü.Hacıbəyli).
5. Şıltaq, ərköyün.

Həmçinin bax:

frazeologizm: naz satmaq frazeologizm: nazı ilə oynamaq frazeologizm: nazını çəkmək frazeologizm: özünü naza qoymaq Azərbaycan dilinin izahlı lüğəti