fars. mürəkkəb adların tərkibində işlənən naz və pari sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Nazpəri (bax: ad – NAZ; PƏRİ) qadın adı işvəli gözəl, nazlı gözəl anlamlarını ifadə edir. Məişətimizdə qədim adlardandır. Nazpəri adına N.Gəncəvinin “Yeddi gözəl” əsərində də rast gəlinir. Əsərdə Xarəzm padşahının qızı, Xəvərnəq sarayında şəkli çəkilən yeddi gözəldən birinin adı Nazpəridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti