Reklam
Reklam

Məsəllər, deyimlər

NƏ QƏDƏR QOCA OLSAM DA, DƏYƏRƏM MİN CAVANA

►Bəzən birinin yaşının çoxluğuna baxmayaraq gənclərdən daha gümrah, çevik, işgüzar, həyatsevər olmasına işarə ilə deyilən ifadə.

İfadə «O olmasın, bu olsun» filmindən (1956) qaynaqlanaraq yayılmışdır.

Əslində isə ədəbiyyatımızda bu fikir ilk dəfə bir qədər başqa şəkildə Molla Vəli Vidadinin Molla Pənah Vaqifə cavab olaraq yazdığı qəzəlində ifadə edilmişdir:

Nə qədər olsa qoca gərçi Vidadi xəstə,

Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər.

Lakin bu cümlənin hikmətli sözə çevrilib xalq arasında yayılması Üzeyir Hacıbəylinin komediyası əsasında çəkilmiş «O olmasın, bu olsun» filmi ilə əlaqədardır.

Komediyanın qәhrəmanı yaşlı, lakin varlı Məşәdi İbad pul gücünə cavan Gülnazla evlənmәk fikrindәdir. Odur ki qıza özünü belә tәqdim edir: «Mən nə qədər qoca olsam da, dəyərəm min cavana».

Məsəllər, deyimlər