Neftin müəyyən ərazidə Yer qabığının məsaməli mühitində təbii yığımı.
N.Y. bir neçə min km2-dən bir neçə mln. km2-dək yeraltı sahəni əhatə edə bilər. N.Y.-ları əsas etibarilə çökmə süxurların – qum, qumdaşı, əhəngdaşı və s. – məsamə və çatlarında, nadir hallarda maqmatik süxurlarda (məs.: Azərbaycanda “Muradxanlı” neft yatağı) neft və qazın toplanması nəticəsində əmələ gəlir. Belə yataqlar saxladıqları neftin həcmindən asılı olaraq kiçik (10 mln. tonadək), orta (10-100 mln. ton), iri (100 milyon-1 mlrd. ton), nəhəng (1-5 mlrd. ton), unikal (5 mlrd. ton və daha artıq) hövzələrə bölünür. Unikal yataqlara Səudiyyə Ərəbistanının Qavar və Küveytin Burqan hövzələrini misal göstərmək olar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti