Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

neqativ informasiya

lat. negativus – mən­­­fi + lat. informatio – izahetmə, mə­lumatvermə

1. Mənfi xarakterli, icti­ma­iyyətdə narahatlıq, təşviş, təəssüf hissi doğuran məlumat.

N.İ. kriminal, bəd­bəxt hadisələr, fəlakətlər barədə xəbər­lərin, tən­qidi materialların əsasını təşkil edir. 

2. Ki­minsə və nəyinsə ziyanına olan, onu gözdən salan informasiya.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti