Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nər1 [nər] sifət fars

1. Erkək dəvə. □ Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. (Ə.Məmmədxanlı).
2. İsim kimi: dəvənin erkəyi. □ ...dizi qara nərlər, gözəl arvanalar... qoyun sürülərinin dalınca gəlirdilər. (Ə.Vəliyev).

nər2 [nər] sifət fars 

1. İgid, cəsur, qəhrəman; qorxmaz, güclü, qüvvətli, cəsarətli. □ Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? (“Koroğlu”).

2. İsim kimi: igid, cəsur, qəhrəman; qorxmaz, güclü, qüvvətli, cəsarətli adam.

Azərbaycan dilinin izahlı lüğəti