Reklam
Reklam

Tarix terminləri lüğəti

nestorianlıq

V əsrdə Bizansda formalaşmış xristianlıq təriqəti.

Bu təriqətin banisi 428–431-ci illərdə Konstantinopol patriarxı Nestorius olub. N. təliminə əsasən, Məryəm ana İsa Məsihi insan kimi dünyaya gətirib və yalnız bundan sonra o, Tanrı səviyyəsinə yüksəlib. Ümumiyyətlə, N.-da insani və ilahi təbiətlərin İsa Məsihin simasında birləşməsi nisbi xarakter daşıyır: onlar heç vaxt tam qovuşmur. Halbuki rəsmi kilsə insani və ilahi təbiətin İsa Məsihdə tam vəhdət yaratdığını göstərir. Bu səbəbdən N. bidət kimi qiymətləndirilib və onun ardıcılları daim təqiblərə məruz qalıblar. Orta əsrlərdə N. İran, Orta Asiya və Çində daha geniş yayılıb. Hazırda isə İran, İraq, Suriya və Hindistanda həmin təriqətin davamçıları olan icmalar var.

Tarix terminləri lüğəti