Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəticə1 [nəti:cə] isim ərəb

1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət, axır. □ İşin nəticəsi. Təcrübənin nəticəsi.
2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. □ Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.
3. Zərf kimi: nəticədə şəklində – axırda, sonda, nəhayətdə. □ ...nəticədə zillət və səfalətdən başqa bir şey bulmazsınız. (H.Cavid).

nəticə2 [nəti:cə] isim ərəb

Nəvənin uşağı. □ Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötükcəni də. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: nəticəyə gəlmək Azərbaycan dilinin izahlı lüğəti