fr. tirage < tirer – çəkmək, çəkib çıxarmaq
1. Nəşrin konkret oxuculara, bəlli ünvanlara çatdırılan nüsxələrinin cəmi.
Abunəçilərə, daimi müştərilərə göndərilən və müəyyən şəxslərə, təşkilatlara pulsuz paylanan nüsxələr N.O.T.-ı təşkil edir. N.O.T. qəzetlərin və jurnalların populyarlığının, iqtisadi cəhətdən sabitliyinin mühüm göstəricisidir. Misal: «ABŞ-da Mayami, San-Fransisko kimi şəhərlərdə bəzi böyük gündəlik qəzetlərin nəzarət olunan tirajı 2005-ci ildən 50 faiz azalıb» (The Financial Times qəzeti).
2. Nəşrin reklam sifarişçisi üçün xüsusi maraq kəsb edən ünvanlara pulsuz çatdırılan nüsxələri, ödənişsiz paylanan tiraj.
Naşirlər bu üsulla reklamın səmərəliliyinin artırılmasına, reklam sifarişçilərini əməkdaşlığa həvəsləndirməyə çalışırlar. Misal: «Siz, şübhəsiz, nə vaxtsa, hansısa pulsuz nəşr almısınız – buna «nəzarət olunan tiraj» deyirlər, yəni naşirlər nüsxələrin kimin əlinə düşməsinə nəzarət edirlər» (Foster Timoti).
Jurnalistika terminləri lüğəti