1. Üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. □ Nəzarətsiz əkin. Nəzarətsiz tikinti.
2. Zərf kimi: üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. □ ...Bostanı nəzarətsiz qoymağa Qaranın ürəyi gəlmirdi. (Ə.Əbülhəsən).
3. Baxımsız. □ Nəzarətsiz uşaqlar.