Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəzər [nəzər] isim ərəb

1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi; göz, baxış. □ Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək.
2. Məcazi mənada: nəzərində şəklində – ...gözündə, ...təsəvvüründə, ...düşüncəsinə görə. □ ...Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. (Mir Cəlal).
3. Göz, diqqət, himayə, kömək. □ ...Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. (B.Talıblı).
4. Məcazi mənada: bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə. □ ...Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. (Mir Cəlal).

Həmçinin bax:

jurnalistika: xidməti istifadə üçün nəzərdə tutula bilməyən informasiya frazeologizm: nəzər dəymək frazeologizm: nəzər nöqtəsi frazeologizm: nəzər salmaq frazeologizm: nəzərdə saxlamaq frazeologizm: nəzərdə tutmaq frazeologizm: nəzərdən düşmək frazeologizm: nəzərdən qaçırmaq frazeologizm: nəzərdən qaçmaq (yayınmaq) frazeologizm: nəzərdən salmaq frazeologizm: nəzərə almaq frazeologizm: nəzərə gəlmək frazeologizm: nəzərinə çatdırmaq frazeologizm: nəzərini üstündən çəkməmək frazeologizm: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən Azərbaycan dilinin izahlı lüğəti