Hiss-həyəcan bildirən və xüsusi intonasiya ilə tələffüz olunan cümlə.
Nida cümlələri iki yolla yaranır: 1) yalnız intonasiya vasitəsilə: Qız nə qız!; 2) nidaların köməyi ilə: Bəh-bəh, necə də gözəldir! Nida cümlələri nəqli, sual və əmr cümlələrinin yüksək hiss-həyəcanla deyilməsindən də yaranır. Belə cümlələrin sonunda nida işarəsi qoyulur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti