Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nifrət [nifrət] isim ərəb

1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. □ Mən... hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. (H.Nəzərli).
2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir. □ Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət! (S.Vurğun).

Həmçinin bax:

jurnalistika: nifrət dili Azərbaycan dilinin izahlı lüğəti