1. Əsər, əlamət, iz. □ Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? (M.P.Vaqif).
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişan.
3. Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri.
4. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişan.
5. Bir şeydən nümunə. □ Parçadan nişanə göstərmək.
6. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. □ Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).