1. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə.
2. Odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı. □ İskəndər kişi onların qaraltısını görürdüsə də, tüfəngin nişangahını seçmirdi. (M.Hüseyn).
3. Bir şeyə, hadisəyə xatirə olmaq üçün nişan qoyulmuş yer, nişan basdırılan yer; nişanə. □ Dağ başında varsa da bir nişangah; Ətrafını basmış vəhşi gül, giyah. (A.Səhhət).