Qədim silah, mizraq, cida. (“Koroğlu” dastanının lüğəti)
Alaq əlimizə nizə,
Mərdlər əhsən desin bizə,
Duraq meydanda üz-üzə,
Savaşaq indi sənnən mən!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğlu hökm edən kimi dəlilər hamısı yaraqlandı. Koroğlu özü də nizəyə söykənib qoşunun qabağında dayandı. (Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikası