Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nömrə [nömrə] isim latın

1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. □ Evin nömrəsi. İnventar nömrəsi. Biletin nömrəsi.
2. Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən, paltarın, ayaqqabının və s.-nin ölçüsünü göstərən rəqəm. □ 21 nömrəli corab. 50 nömrəli palto.
3. Sıra nömrəsi ilə göstərilmiş hər hansı bir şey. □ Məcmuənin mart nömrəsi. Qəzetin növbəti nömrəsi.
4. Mehmanxanada, hamamda və s.-də ayrı-ayrı otaqlar. □ Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər. (S.M.Qənizadə).
5. Hər hansı bir tamaşanın, konsertin və s.-nin tərkib hissələrindən hər biri. □ Konsertin sirk nömrəsi başlandı.
6. Məcazi mənada: gözlənilməz qəribə hərəkət, iş, oyun, hoqqa; kələk. □ Onun bu nömrəsi keçmədi.

Həmçinin bax:

jurnalistika: beynəlxalq standart eyniləşdirmə nömrələri jurnalistika: qeydiyyat nömrəsi jurnalistika: sifariş nömrəsi frazeologizm: nömrə gəlmək Azərbaycan dilinin izahlı lüğəti