ing. – National Television System Committee – «televiziya sistemləri üzrə milli komitə» ifadəsində sözlərin baş hərflərindən yaradılmış abreviatura
Əsasən, Şimali Amerikada, Cənubi Amerikanın əksər ölkələrində, Cənubi Koreyada, Yaponiyada və s.-də geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.
NTSC formatında televiziya kadrı 60 hers tezliyində 525 sətrə ayrılır, saniyənin hər 1/30 hissəsində bu sətirlərdən şüa keçir. Standart 1941-ci ildə ABŞ-da ağ-qara təsvir üçün yaradılıb, 1953-cü ildə rəngli formata keçirilib, 2000-ci illərdə rəqəmsal televiziya standartları ilə əvəzlənməyə başlanıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti