1. Yazılı bir şeydən çıxarılan surətlərdən hər biri (əlyazmasının, yaxud çap olunmuş əsərin ayrıca surəti). □ Hər il ölkədə yüz min nüsxələrlə kitab buraxılır.
2. Məcazi mənada: pis və ya qəribə xasiyyətlərinə görə fərqlənən adam haqqında; tip, vücud. □ Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. (C.Cabbarlı).
3. Arxaizm. Resept. □ Dərmanınız eyni, nüsxəniz eyni. (B.Vahabzadə).
4. Arxaizm. Üzərində dua sözləri yazılmış kağız; dua.
Həmçinin bax: