Reklam
Reklam

Məsəllər, deyimlər

O VAXTDAN ÇOX SULAR AXIB

►«İllər ötüb, xeyli zaman keçib» mənasında işlədilən ifadə.

İfadə qədim dövrlərdə işlənmiş «su saatları» ilə bağlı meydana çıxmışdır.

Əslində, vaxt və su arasında birbaşa əlaqə var. Vaxtı hesablamaq üçün әn qәdim cihazlardan biri su vә qum saatları idi. Bu qәdim cihaz həlә Babilistanda mәlum idi vә tәxminәn 2300 il bundan әvvәl Yunanıstanda vә Romada işlәnirdi.

Әn qәdim su saatı (eramızdan 1600 il әvvәl) Misirdә tapılmışdır.

Cihazların quruluşu çox sadә idi. İki qabın birindәn o birinә müntәzәm şəkildә vә bir qәrarda su axardı vә suyun qabdakı sәviyyәsinә görә vaxtı hesablayardılar. Qum saatları da tәxminәn eyni prinsipә әsaslanırdı.

Qәdim yunanlarda mәhkәmә istintaqı zamanı müttәһimә vә ittihamçıya çıxış etmәk, danışmaq üçün eyni müddətdə vaxt verilirdi. Çıxışa başlamazdan әvvәl onlar üçün bәrabәr miqdarda su ölçürdülәr. Onlar danışmağa başlayan kimi su saatları da işә salınırdı. Suyun axdığı bütün müddәt әrzindә danışmaq olardı. Su axıb qurtaran kimi danışan da susmalı idi.

Müәyyәn sәnәdi oxumaq, әsas mәsәlәyә dәxli olmayan çox uzaq mәsәlәlәrdәn danışmaq vә ya şahidin ifadәsini dinlәmәk lazım gәldikdә suyun axmasını kәsәrdilər. Konkret faktlar haqqında mәlumat vә ya ifadә verәndә dә su axmamalı idi. Çox güman ki, indi dә «mәruzәdә su çoxdur», «suyunu azalt», «mәqalә (әsәr) çox suludur» vә bu kimi ifadәlәr öz mәnşәyini yuxarıda qeyd etdiyimiz hadisәdәn götürmüşdür.

Məsəllər, deyimlər