1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. □ Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək.
2. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. □ Parovozun ocağı. Acın evində nə od olar, nə ocaq. (Atalar sözü)
3. Kirəc yandırılan yer.
4. İlahiyyat. Pir, müqəddəs yer, ziyarətgah. □ Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. (C.Cabbarlı)
5. Məcazi mənada: doğma ev, ev-eşik, yurd.
Göz üstündə qaş ağlar,
Bərk ağlar, yavaş ağlar,
Bir evdə sonsuz ölsə,
Ocaq yanar, daş ağlar. (Bayatı)
6. Məcazi mənada: bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. □ Maarif ocağı. Elm ocağı.
Həmçinin bax: