Qədim və orta əsrlər türkdilli ədəbiyyatında oğuzların ictimai-siyasi, dini-mifoloji, tarixi-fəlsəfi görüşlərini əks etdirən kitab, əsər.
Oğuzların şifahi ədəbiyyatından qaynaqlanan O.-lər konkret janrla məhdudlaşmır. XIV əsrdə uyğur əlifbası ilə yazılmış O.-də türk tayfalarının qədim inancları, Oğuz Kağanın yürüşləri bədii ifadəsini tapıb. XV əsrdə Yazıçıoğlu Əlinin yazdığı O. (orijinal adı – “Təvarixi-ali Səlcuq”) oğuzların və türk dövlətlərinin tarixinə həsr olunub. Qədim O.-lərin həcmcə ən böyüyü “Kitabi-Dədə Qorqud” dastanıdır. Ərəb xəlifəsi Harun ər-Rəşid zamanında (763–809) ilk O. ərəb dilinə tərcümə olunub. O.-lər oğuz türkləri arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti