►Razılığını bildirmək, müsbət cavab vermək, hər hansı təklifə «hə» demək, bir şeylə razılaşmaq.
İfadənin 1840-cı ildə ABŞ-da prezident seçkiləri zamanı istifadə olunmuş bir şüardan qaynaqlandığı ehtimal edilir.
XIX əsrin ortalarında ABŞ-da populyarlıq qazanan bu ifadənin əmələ gəlməsini izah etmək üçün çoxlu cəhdlər olmuşdur. İrəli sürülən fərziyyələrin əksəriyyəti ağlabatandır. Hər şey tamamilə aydın olmasa da, linqvistik və tarixi sübutları nəzərə alaraq demək olar ki, bu ifadə şotland dilindən götürülmüş «och aye», yunancadan «ola kala» (yaxşıdır), Koktau hindilərinin «okeh» (bu belədir), fransızcadan «aux kaye» və ya «au quai» sözlərindən yaranmışdır.
İfadənin populyarlaşması 1839-cu ildə ABŞ-da Boston qəzetlərinin birində «all correct» sözünün «oll korrect» («hər şey düzdür») kimi yanlış yazılması ilə bağlıdır. Yazılı sənədlər hələ 1840-cı ildə Amerika prezidenti seçkiləri zamanı bu ifadənin demokratlar partiyası tərəfindən şüar kimi istifadə edildiyini göstərir. Bu partiyanın namizədi prezident Martin van Buren «old Kinderhuk» ləqəbi almış (Nyu-Yorkda məskunlaşandan sonra) və onun tərəfdarları «OK klubu» yaratmışdılar. Nəticədə van Buren prezident seçildi. Düzdür, o, ikinci dəfə uğur qazanmadı, amma «OK» ifadəsi xeyli populyarlaşdı. Bu gün «okey», «okey» vermək» kimi ifadələr xüsusən danışıq dilimizdə geniş işlənir.
Məsəllər, deyimlər