Reklam
Reklam

Tarix terminləri lüğəti

okkultizm

lat. occultus – gizli, qapalı

İnsanda və kosmosda (təbiətdə) elmə məlum olmayan gizli, sirli qüvvələrin mövcudluğu ideyasına əsaslanan təlimlərin məcmusu.

O.-ə görə, yalnız “xüsusi qabiliyyətə” malik şəxslər həmin qüvvələrlə təmas yaradaraq onların vasitəsilə baş verən proseslərin gedişinə təsir göstərə bilərlər. Kökləri qədim Şərqin (kəldanilər, misirlilər, hindlilər və d.) “sirli elmləri” ilə bağlı olan O. orta əsrlərdə xüsusilə geniş yayılıb. Əlkimya, münəccimlik, kabbalistika, teosofiya və s. O. təlimləri hesab olunur. O. müasir elm tərəfindən rədd edilir.

Tarix terminləri lüğəti