Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

öküz [öküz] isim

1. Zoologiya. İş heyvanı kimi istifadə edilən buğa. □ Öküzün cütə getməyənini ətlik adına satarlar. (Atalar sözü).
2. Məcazi mənada: çox yekə, nahamar, zorba adam haqqında.
3. Məcazi mənada: qaba, kobud, qanmaz adam haqqında.

Həmçinin bax:

frazeologizm: öküz öldü, ortaq ayrıldı frazeologizm: öküzdən süd ummaq frazeologizm: öküzü qaldırıb altında buzov axtarmaq frazeologizm: öküzü quyruqlayıb yıxan vaxtıdı frazeologizm: öküzü öldürüb adı üstündən götürmək frazeologizm: öküzü soyub quyruğunda bıçağı sındırmaq frazeologizm: öküzün böyüyü pəyədə imiş Azərbaycan dilinin izahlı lüğəti